Regional Gender Mərkəzi İctimai Birliyinin sədri Şərqiyyə Dadaşova 20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə QHT.az-a açıqlama verib.

QHT sədri bildirib ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib və 20 noyabr Ağdam şəhərinin rəsmi günü kimi qeyd olunur. Şərqiyyə Dadaşovanın sözlərinə görə, bu gün yalnız tarixi yaddaşın deyil, həm də bölgənin sosial-siyasi dirçəlişinin rəmzidir:

"Gender-həssas mexanizmlər, gender bərabərliyini təşviq etmək və cinslər arasında fərqli ehtiyacları, təcrübələri və təsirləri nəzərə alan siyasət, proqramlar və tədbirlərdir. Bu mexanizmlər gender fərqliliklərini azaltmağa, genderin yaratdığı ədalətsizlikləri aradan qaldırmağa və bütün fərdlər üçün bərabər imkanlar yaratmağa yönəlmişdir. Həm qadın hüquqları mövzusuna aid olan siyasətlər həm də digər sahələrdəki sektoral siyasətlərin genderə həssas şəkildə hazırlanmasına dəstək vermək vacibdir. Ölkədə gender bərabərliyinin bərqərar olması üçün səylər, qadınların ictimai və iqtisadi mövqelərinin gücləndirilməsinə və qadın hüquqlarının qorunmasına yönələn hədəfli siyasətlərlə məhdudlaşmamalıdır. Qadın və kişilərin fərqli ehtiyaclarını, maraqlarını və imkanlarını nəzərə alan yanaşma (genderə həssas yanaşma) siyasətlərin hazırlanması, icrası və qiymətləndirilməsi lazımdır. "

Onun sözlərinə görə, kommersiya və sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərə münbit şərait yaradılmalıdır:

"Məcburi köçkün qadınların və uşaqların  cəmiyyətə inteqrasiyası və rifahı üçün  məcburi köçkün qadınların məşğulluğunun təmin edilməsi,  onların kommersiya və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün vergidə güzəştlərin olması, faizsiz kreditlərin verilməsi ,komersiya və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara münbit şərait yaradılmalıdır". 

 

Ardı var...

 

Pərvanə Fərhadqızı