"Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər" kitabının növbəti təqdimatı Azərbaycan Dövlət Pedaqoji Universitetində baş tutub.

QHT.az xəbər verir ki, Hüquq və İnsan Haqları İnstitutu noyabrın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində "Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər" kitabının təqdimatını təşkil edib. Tədbir pedaqoji kadrların və tələbələrin iştirakı ilə həyata keçirilib. Təqdimatda nəşrin müəllifi - İnstitutun İdarə Heyəti sədrinin müavini, hüquq üzrə fəlsəfə doktoru Vəfaddin İbayev çıxış edərək, kitabın məzmunu və əhəmiyyəti barədə ətraflı məlumat verib.

Müəllif bildirib ki, kitab Azərbaycan Prezidenti İlham Əliyevin İkinci Qarabağ müharibəsi zamanı xalqa etdiyi müraciətlər, çıxışlar və müsahibələrə əsaslanaraq, ölkənin işğaldan azad edilmiş torpaqlarının geri alınması ilə bağlı ideyaların reallaşdırılmasını araşdırır.

Qeyd edək ki, nəşrdə münaqişənin sülh yolu ilə ədalətli həlli, ordunun gücləndirilməsi, iqtisadi inkişaf, vətənpərvərlik ruhunun aşılanması, beynəlxalq dəstək və hüquqi əsaslar üzərində qurulmuş bu ideyaların Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən inkişaf etdirildiyi vurğulanır.

Tədbirdə 39 tələbə və müəllim iştirak edib.