Hüquq və İnsan Haqları İnstitutu 18 yaşdan az olan şəxslərin əmək müqaviləsi ilə işə qəbul qaydaları barədə məlumat yayıb.

QHT.az xəbər verir ki, İnstitutun açıqlamasına görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, yetkinlik yaşına çatmayan şəxslər yalnız həkim müayinəsindən keçdikdən sonra işə qəbul edilə bilərlər.

Qanunvericiliyə əsasən, bu kateqoriyadan olan işçilər 18 yaşına çatana qədər hər il işəgötürənin vəsaiti hesabına məcburi tibbi müayinədən keçirilməlidirlər.

Qaydalar AR Əmək Məcəlləsinin 252-ci maddəsində təsbit olunub.