İyunun 9-dan 10-na keçən gecə Şimali Koreya, Cənubi Koreya ərazisinə zibillə dolu 310-a yaxın hava şarı buraxıb. Yonhap agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən bildirib ki, bu şarların içində kağız tullantıları və plastik torbalar var, təhlükəli maddələr aşkar edilməyib.
QHT.az xəbər verir ki, Kim Yo Çenq, iyunun 8-dən 9-na keçən gecə 1400 şar istifadə edilərək 7,5 ton tullantı kağızının sərhəddən Cənubi Koreyaya göndərildiyini deyib. O, Cənubi Koreya səlahiyyətlilərinə təhlükəli addımlardan imtina etməyi və təbliğat vərəqələri göndərməyi dayandırmağı tövsiyə edib, əks halda kağız tullantıları toplamağa məcbur olacaqlarını bildirib. Bu hadisə, Cənubi Koreyanın şarlarla təbliğat vərəqələri göndərməsindən sonra baş verib.
Pərvanə Fərhadqızı












