Hüquq və İnsan Haqları İnstitutu uşaqların müdafiəsi ilə bağlı vacib hüquqi müddəalara diqqət çəkən məlumat açıqlayıb.

QHT.az xəbər verir ki, İnstitut bildirir ki, hər bir uşağın ailəsində valideynləri ilə birlikdə yaşamaq, tərbiyə almaq və onlardan qayğı görmək hüququ qanunvericiliklə qorunur. Açıqlamada qeyd olunur ki, qanunla müəyyən edilmiş müəyyən hallar istisna olmaqla, valideynlərin istəyinə zidd olaraq uşağın onlardan ayrılması qadağandır. Uşağın tərbiyəsi və inkişafına görə isə valideynlər və ya qanuni qəyyumlar birbaşa məsuliyyət daşıyırlar.

Bu müddəalar “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsində və BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının 18-ci maddəsində öz əksini tapıb.

İnstitut ictimaiyyəti uşaq hüquqlarına həssas yanaşmağa və bu sahədə maarifləndirmə işlərinə dəstək göstərməyə çağırıb.

 

Pərvanə Fərhadqızı