Hüquq və İnsan Haqları İnstitutu uşaqların hüquqlarının qorunması ilə bağlı vacib hüquqi tələbi bir daha diqqətə çatdırıb.
QHT.az xəbər verir ki, İnstitut bildirir ki, zorakılığı və qəddarlığı təbliğ edən, uşaqların psixi və mənəvi inkişafına mənfi təsir göstərən film, ədəbiyyat və digər materialların uşaqlar arasında yayılması və nümayişi qanunla qadağandır.
Açıqlamada qeyd olunur ki, bu tələbin hüquqi əsası “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsidir. Həmin maddəyə əsasən, uşaqların sağlam inkişafına zərər verə biləcək informasiyaların qarşısının alınması dövlətin prioritet vəzifələrindən biridir.












