Hüquq və İnsan Haqları İnstitutu sosial şəbəkədə uşaqların təhsil hüququ ilə bağlı maarifləndirici məlumat paylaşıb.

QHT.az xəbər verir ki, paylaşımda hər bir uşağın pulsuz və icbari ibtidai təhsil almaq hüququna malik olduğu vurğulanır.

İnstitut həmin hüququn "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsi və BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyasının 28-ci maddəsi ilə təsbit edildiyini xatırladıb.