Tədqiqatçılar bir neçə test keçirərək yalan haqqında maraqlı faktlar aşkar ediblər.
QHT.az xəbər verir ki, əgər kiminsə hər zaman yalan danışdığını necə müəyyənləşdirəcəyinizi artıq bilirsinizsə, o zaman insanların ən çox nə haqqında yalan danışdığı ilə maraqlanırsınız.
Bu sualın cavabını Hollandiyanın Tvente Universitetinin alimləri tapıblar. Onlar test keçirib və müəyyən ediblər ki, iştirakçıların əksəriyyəti eqoist yalan danışıb (22%), digər 8% isə kimisə qorumaq üçün yalan danışıb. Bu təcrübə bir gün davam etdi. Maraqlıdır ki, onun iştirakçılarının əksəriyyəti - 69% yalan danışmadıqlarını bildiriblər.
Başqa bir sınaq keçirildi - iştirakçılardan beş gün ərzində yalan danışma davranışlarını qeyd etmələri istəndi. Alimlərin sözlərinə görə, təcrübədə iştirak edənlərin 22%-i hər gün yalan danışdıqlarını, 19%-i isə heç vaxt yalan danışmadıqlarını iddia ediblər. Tədqiqatçılar aşkar ediblər ki, yalan danışanların özünə hörməti azalır.
Pərvanə Fərhadqızı












