İranın cənub-qərbində baş verən silahlı atışmada iki polis əməkdaşı həlak olub.

QHT.az xəbər verir ki, iki polis məmuru, kiçik leytenant Salman Qəribi və baş leytenant Əli Qolami, mərkəzi İze rayonunun Biş Şirin kəndində silahlı qarşıdurmada həlak olublar.

Qeyd olunub ki, münaqişə polislə silahlı quldurlar arasında baş verib.

 

Pərvanə Fərhadqızı