Avropa İttifaqı (Aİ) Komissiyasının da həyəcan təbili çaldığı və İspaniyanın Kataloniya bölgəsində müşahidə edilən Afrika donuz taunu (ASF) ilə mübarizə üçün İspaniya Hərbi Təcili Yardım Birliyinin (UME) təyin edildiyi açıqlanıb.

QHT.az xəbər verir ki, İspaniyanın Kataloniya bölgəsində donuz fermalarında aşkarlanan ASF (Afrika donuz taunu) ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib. Xəstəliyin insanlara keçmə riski olmasa da, 117 nəfərlik heyət və 25 nəqliyyat vasitəsi bölgəyə göndərilib və təsərrüfatlarda heyvanlara nəzarət ciddi şəkildə aparılır. Aİ Komissiyası vəziyyəti izlədiyini və bölgəyə nümayəndə göndərəcəyini açıqlayıb. ASF-in yayılma riski yüksək olduğundan əvvəlcədən profilaktik zonalar və ciddi nəzarət tədbirləri tətbiq olunur.

Hadisə İspaniyanın donuz əti ixracına mənfi təsir göstərib və bəzi ölkələr idxalı dayandırıb. 

 

R.İmanov