Bu, təkcə Intel və Google kimi ayrı-ayrı şirkətlərə deyil, bütün sənayeyə aiddir.

QHT.az xəbər verir ki, ən böyük texnologiya şirkətləri süni intellektə yönələrək HR siyasətlərini dəyişir və yeni işçilərin işə qəbulu yavaşıyır. Wccftech-in məlumatına görə, Intel, IBM və Google artıq minlərlə vakansiyanı dondurub, çünki AI-nin avtomatlaşdırması növbəti 5 ildə bir çox vəzifələri köhnəldəcək. IBM rəhbəri Arvind Krishna bildirib ki, süni intellekt yaxın illərdə inzibati işlərin 30%-ni əvəz edə bilər.

Dünya İqtisadi Forumunun araşdırmasına görə, işəgötürənlərin 41%-i avtomatlaşdırmaya görə ixtisar planlaşdırır. 2025-ci ilin əvvəlindən 50 minə yaxın İT mütəxəssisi işdən çıxarılıb. Ekspertlər tez uyğunlaşma bacarığını əsas peşə kimi görür, ChatGPT-nin "atası" Sam Altman isə yeni “açıq-aşkar taktika”nın AI-dən effektiv istifadə olduğunu deyir.

 

R.İmanov