Latın Amerikası uzunmüddətli HİV profilaktikasına çıxış gözləyir

Latın Amerikası ölkələri uzunmüddətli HİV-in profilaktikası vasitələrinə çıxış əldə etmək istiqamətində irəliləyiş əldə etsələr də, regionda bu müalicə üsullarının əlçatanlığı hələ də məhduddur. Beynəlxalq QİÇS Konfransında Braziliya hökuməti uzunmüddətli təsir göstərən kaboteqravirin səhiyyə sisteminə inteqrasiyası ilə bağlı ilkin razılıqlar əldə etdiyini açıqlayıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, bununla yanaşı, region ölkələri ildə iki dəfə tətbiq olunan lenakapavir preparatına sərfəli qiymətlərlə çıxış əldə edə bilməyiblər. Braziliya rəsmiləri preparatın istehsalçısı olan Gilead şirkətini qiymətləri aşağı salmağa və dərmanı Latın Amerikası ölkələri üçün əlçatan etməyə çağırıblar.

Piranə Xasiyeva