Böyük Britaniya sakinləri kütləvi şəkildə parabüzən böcəyi işğalından şikayətlənirlər.

QHT.az xəbər verir ki, böcəklər evləri zəbt edir və sahiblərini dəhşətə gətirir. Britaniyalılar internetdə parabüzən böcəyi fotolarını paylaşaraq, həşəratların evlərində və mənzillərində hər otağı doldurduğunu bildirirlər. Elm adamları problemi təbii proseslərlə əlaqələndirdilər - parabüzən böcəyi hazırda qışı keçirmək üçün isti yerlər axtarırlar.

Mütəxəssislər həmçinin qeyd ediblər ki, parabüzən böcəyi göbələk infeksiyası daşıya bilsələr də, insanlar üçün təhlükəli deyillər.

 

R.İmanov