Avstraliyalı alimlər sübut ediblər ki, insan sağlamlığı üçün vacib bakteriyalar kosmos səyahətinin ekstremal şəraitinə tab gətirə bilir.
QHT.az xəbər verir ki, tədqiqatda Bacillus subtilis bakteriyasının sporları 260 km yüksəkliyə göndərilib və buraxılış zamanı güclü G qüvvələrinə, eləcə də mikroqravitasiyaya məruz qalıb.
Nəticələr göstərib ki, bakteriyalar struktur zədələnmədən sağ qalır və böyümə qabiliyyətini saxlayır. Alimlər hesab edirlər ki, bu kəşf həm Mars missiyaları üçün, həm də Yer üzərində biotexnologiyanın inkişafı və antibiotiklərə davamlı bakteriyalarla mübarizə baxımından mühüm əhəmiyyət daşıyır.
R.İmanov












