"Nazirlər Kabineti “Əlilliyin qiymətləndirilməsi Qaydası”na dəyişiklik edib. Əsas yenilik prosesin daha da elektronlaşdırılmasıdır".

QHT.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, artıq əlilliyin müəyyən edilməsi və ya imtina barədə qərarlardakı məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim ediləcək və bu, qərarın verilməsinə bərabər sayılacaq:

"Dəyişikliklərin məqsədi prosesi sadələşdirmək, şəffaflığı artırmaq və vətəndaşların elektron xidmətlərdən daha rahat istifadəsini təmin etməkdir. Hazırda 221 min 200 vətəndaş, o cümlədən 42 min 100 uşaq əlillik müavinəti alır".

 

Pərvanə Fərhadqızı