23 oktyabr 2025-ci il tarixində Bakı şəhərində İslam Maliyyə Forumu (İMF-2025) keçiriləcək.

QHT.az xəbər verir ki, Forum İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin (SER) təşəbbüsü ilə, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dəstəyi, həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankı, AR Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Türkiyə Katılım Bankalar Birliyi (TKBB), AR Sahibkarlar Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) tərəfdaşlığı ilə təşkil olunur.

Forumun əsas məqsədi İslam maliyyəsi sahəsində müasir çağırışları, investisiya imkanlarını və inkişaf perspektivlərini müzakirə etməkdir.

 

Pərvanə Fərhadqızı