Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin vasitəçiliyi ilə Güvən Xeyriyyə İctimai Birliyi tərəfindən 27 dekabr 2023-cü il tarixində Neftçala rayonunda iki təlim-tərbiyə müəssisəsində 60 nəfər, icmadan  10 nəfər azyaşlıya oyuncaqlar təqdim edildi. Ümumilikdə 87 nəfərin yardımlara və təminata əlçatanlığı təmin edildi.

Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyindən QHT.az- a verilən məlumata görə, əvvəlcə “Saç ustası və vizaj” kursunda peşə bacarıqlarına yiyələnən, ikinci mərhələdə bacarıqlarını biznesə çevirməyin yollarını öyrənən insanların ehtiyacı texniki avadanlıqlara idi. Güvən Xeyriyyə İctimai Birliyinin dəstəyi ilə bu problemi aradan qaldırmaq mümkün olub. Qadınların məşğulluq imkanlarının genişləndirilməsinə dəstək verilməsi üçün icra edilən fəaliyyətlərin sayı artıb. Bu dəfə “Saç ustası və vizaj” peşə kursunu uğurla başa vuran beş nəfər qadın texniki avadanlıqla təmin olunub. Bu baxımdan 2023-cü il uğurlu il hesab oluna bilər. Yeddi nəfər qadının tikiş maşınları ilə təchizatından sonra daha beş nəfər qadının saç ustası kimi fəaliyyətə başlamasına dəstək verməyi təşkilatımızın uğuru kimi qiymətləndirmək mümkündür. Daha beş evin maddi imkanının yaxşılaşması, sosial rifahının yüksəlməsi üçün şərait yarandı.

Qeyd edək ki, xeyriyyə - yardım və kömək məqsədi daşıyan fəaliyyətdir. İki istiqamətdə faydalılıq kəsb edən bu fəaliyyət bir tərəfdən yardım edilən şəxsin rifahının yaxşılaşması, digər tərəfdən yardım edənin sosial məsuliyyət öhdəliyinin yerinə yetirilməsi ilə nəticələnir.

 

 

Pərvanə Fərhadqızı