“Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə əlil, qazi və şəhid ailələri ilə görüş keçirib.
QHT sədri Gülbəniz Bayramova QHT.az-a bildirib ki, bu bayram münasibətilə Azərbaycan xalqını şəxsən öz adımdan və “Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondu adından təbrik edirəm: “Fondumuz bu bayram münasibəti ilə 100 nəfər əlil, qazi və şəhid ailələrinə ərzaq sovqatı və uşaqlara yeni il hədiyyəsi verərək sevindirib. Bundan əlavə Türkiyəli iş adamı Osman Bakırçı bizim əlil və qazilərimizə 50 ədəd əlil arabası hədiyyə etmişdir. Bu gözəl xeyirxah əməlinə görə Osman Bakırçı bəyə öz adımdan və əlil və qazilərimiz adından öz minnətdarlığımızı bildirirəm”
Qeyd edək ki, görüş zamanı, əlillər və onların ailələri, qazi və şəhid ailələri ilə bir araya gələrək fikirlərini, problem və çətinliklərini bölüşüblər. Fondun təşkilatçıları, bu insanların həyat keyfiyyətini artırmağa və sosial dəstək tədbirlərini inkişaf etdirməyə nail olmaq üçün fəal çalışdıqlarını vurğulayıblar.
Pərvanə Fərhadqızı












