Dekabrın 29-da Bakı Slavyan Universitetində “Heydər Əliyev ili” çərçivəsində növbəti tədbirlər həyata keçirilib.
QHT.az xəbər verir ki, Universitetin foyesində fotoqraf Rafiq Bağırovun çəkdiyi fotolardan ibarət sərgi və təqdimatdan sonra, Heydər Əliyev lektoriyasında BSU-nun “Azərbaycabşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə) konfransının materialları (1254 səhifə olmaqla, 2 cilddə) və BSU-nun “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının Ulu öndərə həsr esilmiş 2023-cü il buraxılışı təqdim edildi. Tədbirin üçüncü hissəsində BSU-nun Jurnalistika kafedrasının professoru Ehtibar Babayevin müəllifi olduğu “Türk dünyasının fəxri” sənədli filminin nümayişi olub.












