“Qarabağın gerçək kimliyi: Alban abidələri” layihəsi çərçivəsində komanda üzvlərinin layihə rəhbəri və layihə koordinatoru ilə görüşü baş tutub.

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Tarix sahəsində Maarifləndirməyə Dəstək ictimai birliyi tərəfindən həyata keçirilən “Qarabağın gerçək kimliyi: Alban abidələri” layihəsi çərçivəsində komanda üzvlərinin layihə rəhbəri və layihə koordinatoru ilə görüşü Sabunçu Gənclər Evində baş tutub. Görüş zamanı layihənin fəaliyyət planı müzakirə edilib, fikir mübadiləsi aparılıb.

 

Pərvanə Fərhadqızı