Şose velosipedi üzrə Federasiya Kuboku yarışının ikinci mərhələsi keçirilib. Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Səbail rayonunda yerləşən Veloparkda baş tutan turnirdə ümumilikdə 50 velosipedçi medallar uğrunda mübarizə aparıblar.
QHT.az xəbər verir ki, 17 yaşadək oğlanların yarışında Ravi Rzayev, 15 yaşadək oğlanların mübarizəsində Nihad Xudiyev, qadınlar arasında isə İradə Əbdürəhmanova hər iki yarış günündə birinci yerə layiq görülüblər.
Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanların mübarizəsində birinci yarış günündə Nofəl Nuriyev, ikinci yarış günündə isə Kamran Mirzəxanov qızıl medal qazanıblar.
Pərvanə Fərhadqızı












