İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən açıqlanan son göstəricilər alıcılıq qabiliyyəti paritetinə (PPP) görə dünya iqtisadiyyatında maraqlı mənzərəni ortaya qoyur.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, Çin 37,07 trilyon dollarla birinci, ABŞ 29,17 trilyon dollarla ikinci, Hindistan isə 16,02 trilyon dollarla üçüncü yerdə qərarlaşıb. İlk beşliyi isə Rusiya (6,91 trilyon) və Yaponiya (6,57 trilyon) tamamlayır.

Qeyd edək ki, BVF-in proqnozlarına görə, qlobal inflyasiya enəcək, lakin ABŞ-da hədəf göstəricidən yuxarı qalmaqda davam edəcək. Potensial olaraq yüksək tariflər, artan qeyri-müəyyənlik və geosiyasi gərginlik dünya iqtisadiyyatına mənfi risklər yaradan əsas amillər kimi göstərilir.

 

Pərvanə Fərhadqızı