"Bu ilin ilk 7 ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnoza nisbətdə 280,8 milyon manat və ya 8,2% çox olub. Büdcə təşkilatları üzrə daxilolmalar 11,2%, qeyri-büdcə təşkilatları üzrə isə 14% artıb".

QHT.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, 2025-ci ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 7 milyard 617 milyon manat, xərclərinin isə  7 milyard 676 milyon manat təşkil edəcəyi gözlənilir:

"Bu dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə 6 milyard manata yaxın vəsaitin yığılması proqnozlaşdırılır. Artım əsasən orta aylıq əməkhaqqının 9,4% yüksələrək 1097 manata çatması və əmək müqavilələrinin çoxalması ilə bağlıdır. Daha çox yığım isə pensiyalar, aylıq və birdəfəlik müavinətlər üzrə ödənişlərin dayanıqlığını gücləndirəcək".

 

Pərvanə Fərhadqızı