"Prezident İlham Əliyevin Türkmənistana səfəri Azərbaycan–Türkmənistan münasibətlərinin inkişafına yeni töhfə verəcək".
QHT.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, son illərdə ölkələr arasında ticarət dövriyyəsi 2021-ci ildə 105,1 milyon dollardan 2022-ci ildə 535,2 milyon dollara, 2023-cü ildə isə 773,9 milyon dollara yüksəlib:
"2024-cü ildə enerji qiymətləri və həcmlə bağlı azalma səbəbindən göstərici 383,7 milyon dollar təşkil etsə də, Türkmənistan Mərkəzi Asiyada Qazaxıstandan sonra ikinci ən böyük ticarət tərəfdaşımız olaraq qalır. Bu da əməkdaşlığın genişlənməsi üçün böyük potensialın olduğunu göstərir"
Pərvanə Fərhadqızı












