Cənubi Koreyanın məşhur “Stray Kids” qrupunun üzvü Lee Know Nepalda baş verən güclü daşqınlardan zərər çəkən uşaqlar və ailələr üçün 100 milyon von (təxminən 72 min ABŞ dolları) ianə edib. İanə beynəlxalq humanitar QHT “World Vision” vasitəsilə həyata keçirilib.
QHT.az xarici mediaya istinadən bildirir ki, xəbər verir ki, sənətçi vəsaiti avqustun 28-də təşkilata təqdim edib. “World Vision” ianəni daşqınlardan zərər çəkən əhali üçün ərzaq və qida yardımı, müvəqqəti sığınacaq, təmiz su və sanitariya xidmətlərinə yönəldəcək. Lee Know daha əvvəl də “World Vision” vasitəsilə ehtiyacı olan uşaqlara dəstək göstərib.
Lee Know bildirib ki, yardımının çətin günlər keçirən insanlara az da olsa güc verməsini və zərərçəkənlərin mümkün qədər tez normal həyatlarına qayıtmalarını arzulayır.












