Qəzzada itkin düşən şəxslərin ailələri və QHT nümayəndələri onların taleyi barədə məlumat tələb etmək üçün aksiya keçiriblər.

QHT.az xarici mediaya istinadən bildirir ki, aksiya Beynəlxalq Qızıl Xaç Komitəsinin Qəzza şəhərindəki ofisinin qarşısında təşkil olunub. İştirakçılar itkin düşən yaxınlarının aqibətinin müəyyənləşdirilməsini və ailələrə onlar barədə məlumat verilməsini tələb ediblər.

Tədbir Beynəlxalq İtkinlər Günü ilə əlaqədar keçirilib. QHT-lər itkin şəxslərin müəyyənləşdirilməsi və ailələrin məlumatlandırılması prosesində beynəlxalq humanitar təşkilatların rolunun artırılmasının vacibliyini vurğulayıblar.