Hindistanın paytaxtı Dehlidə Belçikada fəaliyyət göstərən “Hand in Hand” QHT-si ilə əməkdaşlıq çərçivəsində keçirilməsi planlaşdırılan tədbirə polis tərəfindən icazə verilməyib.
QHT.az xarici mediaya istinadən bildirir ki, Dehli polisi qərarın təhlükəsizliklə bağlı narahatlıqlar nəzərə alınaraq qəbul edildiyini bildirib. Tədbirin keçirilməsinə icazə verilməməsi QHT-nin fəaliyyəti və Hindistanda beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələsini də gündəmə gətirib.
Hadisə QHT-lərin keçirdiyi tədbirlərdə təhlükəsizlik tələblərinin və yerli icazələrin əhəmiyyətini bir daha önə çıxarıb.












