ABŞ Prezidenti Donald Trampın administrasiyasının 2030-cu ilə qədər 18 ölkəyə səhiyyə yardımını 59 faiz azaltmağı planlaşdırdığı bildirilir. Bu, əvvəlki maliyyələşmə ilə müqayisədə təxminən 2 milyard dollarlıq azalma deməkdir.

QHT.az xarici mediaya istinadən bildirir ki, bu barədə “Public Citizen” və “Partners In Health” təşkilatlarının hazırladığı hesabatda məlumat verilib. Təşkilatlar planı aşağı gəlirli ölkələr üçün səhiyyə maliyyələşməsinin “radikal” şəkildə azaldılması kimi qiymətləndiriblər.

Hesabatda qeyd olunur ki, bu qərar Konqresin qlobal səhiyyə xərclərinin nisbətən sabit saxlanılması ilə bağlı göstərişləri ilə ziddiyyət təşkil edə bilər.

ABŞ Dövlət Departamentinin nümayəndəsi isə bildirib ki, administrasiya Konqres tərəfindən səhiyyə yardımı üçün ayrılmış bütün vəsaitləri xərcləməyi planlaşdırır.