QHT. az xəbər verir ki, “Vərəmsiz Gələcəyə Doğru” İB “TB PEOPLE” Qlobal Pasient Şəbəkəsinin Azərbaycandakı rəsmi vətəndaş cəmiyyəti nümayəndəsi qismində vərəmin təsirinə məruz qalmış insanların hüquqları haqqında bəyannamə ilə bağlı maarifləndirmə layihəsinin hazırlıq mərhələsinə başlamışdır.
Layihə ilə bağlı. Qlobal pasient şəbəkəsi TB PEOPLE-nin texniki maliyyə dəstəyi ilə bu mötəbər qurumun Azərbaycandakı Rəsmi Vətəndaş Cəmiyyəti Nümayəndəsi olan "Vərəmsiz Gələcəyə Doğru"İB Vərəmin Təsirinə Məruz Qalmış İnsanların Hüquqları haqqında Bəyannnamənin Azərbaycanın Gəncə, Şəmkir, Quba və Bakı şəhərində keçirilməsi nəzərdə tutulan layihəsinin hazırlıq mərhələsinə başlamışdır.
Maarifləndirmə işi əsasən ərazilərin icra hakimiyyəti, Bələdiyyə nümayəndələrinin, xəstəxanaların həkimləri, vərəmdən əziyyət çəkmiş insanlar və eləcə də onların yaxınları,ailə üzvləri arasında aparılacaqdır.
Sonda Bakı şəhərində vərəm ilə işləyən QHT lər və eləcə də ölkənin aparıcı tibb qurumlarının iştirakı ilə hesabat konfransı keçirilməsi nəzərdə tutulmuşdur.
Qlobal TB PEOPLE pasient təşkilatının tarixi Vərəmin təsirinə məruz qalmış insanların birliyinin yaradılmasından və mobilizasiyasından 2016-cı ilin iyul ayında baş tutmuş ilk regional görüşdən başlayır. Məhz o görüşdə ŞAMA ölkələrindən olan vərəmin təsirinə məruz qalmış insanlar arasından aktivistlər belə bir beynəlxalq təşkilatın yaranmasının zərurliyini anlayaraq regonal şəbəkənin yaradılmasına təkan vermiş oldular.
O zamandan da şəbəkənin dörd nəfərdən ibarət müvəqqəti koorinasiya şurası yaradılır, şəbəkəyə TB PEOPLE adı verilir və şəbəkənin əsas məramı, fəaliyyət sferası təyin edilir.
Məram :
Vərəmdən azad dünya
Missiya :
İnsanları birləşdirib vərəmə qalib gəlmək
Hal-hazırda TB PEOPLE qlobal şəbəkəsi dünyanın 110 ölkəsini əhatə edir.
Bu günə qədər TB peoplenin üzvləri Avrasiya, Afrika və Latın Amerikası ölkələrindən təxminən 250 fəaldır.
Uzun müddət aparılan söhbətlər nəticəsində qarşılqlı razılıq əsasında “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi Qlobal TB people pasient təşkilatının Azərbyacandakı rəsmi təmsilşisi kimi qəbul edilmiş və bu barədə qlobal şəbəkə və təşkilat arasında 24 avqust 2021-ci il tarixində qarşılqlı anlaşma Memorandumu imazlanmışdır.












