İngiltərə Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) keçən ildən daha çox qızılca və Strep A xəstəliyinə yoluxma hallarının olduğunu bildirərək, bu il Strep A səbəbiylə ümumilikdə 122 nəfərin öldüyünü açıqladı.
QHT.az xəbər verir ki, "UKHSA" dünən verdiyi açıqlamada həm qızılcada, həm də "Strep A" kimi tanınan xəstəlikdə mövsümi normadan kənar halların artdığını və 19 sentyabr-25 dekabr tarixləri arasında 33 836 qırmızı qızdırma hadisəsinin yaşandığını bildirib. Skarlatina xəstəliyində yüksək artım olduğunu vurğulayan səlahiyyətlilər, bu il "Strep A"-dan ölümlərin ümumilikdə 122-yə çatdığını vurğuladı.
Əksər hallar nisbətən yüngül keçsə də, bəzən "Strep" orqanizmin müdafiəsini pozduqda və qan və ağciyərlər kimi nahiyələri yoluxduqda həyati təhlükəsi olan invaziv A Qrupu Streptokok infeksiyasına (iGAS) səbəb ola bilər. Mütəxəssislər vurğuladılar ki, "Strep A"-nın ilkin simptomları yüksək hərarət, boğazda vəzilərin şişməsi, boğaz ağrısı, bədən səpgiləri və əzələ ağrılarıdır.












