Fransada iqlim fəalları hökumətin iqlim dəyişikliyi ilə mübarizədə verdiyi vədləri yerinə yetirmədiyini bildirərək, baş nazirin "Matignon" kimi tanınan binasının fasadına narıncı sprey səpiblər.

QHT.az xəbər verir ki, Fransada "Derniere Renovation" adlı ekoloq qrupunun iki üzvü paytaxt Parisdəki nazirlik binasını iqlim dəyişikliyi ilə mübarizədə passiv olması səbəbilə hədəfə alıb.

"Kim günahkardır?" yazısı olan köynəklər geyinən fəallar baş nazirin “Matignon” kimi tanınan binasının giriş qapısına və divarlarına narıncı boya səpiblər.

Hadisəyə polis müdaxilə edərək fəalları saxlayıb. Qrupun verdiyi açıqlamada hökumətin iqlim dəyişikliyi üzrə mübarizə ilə bağlı verdiyi vədləri yerinə yetirmədiyi bildirilib.