İngiltərədə bir xəstəxananın səhvən göndərdiyi kütləvi mesaj insanların göz yaşları içində xəstəxanaya axışmasına səbəb olub.
QHT.az xəbər verir ki, İngiltərədə özəl xəstəxanada çalışan ümumi praktikantın buraxdığı səhv Yeni il öncəsi onlarla insanın ürəyini həyəcanlandırıb.
Dekabrın 23-də xəstəxana müştərilərinə göndərilən mətn mesajının məqsədi insanlara Milad bayramını təbrik etmək idi, lakin bir səhv nəticəsində bütün xəstələrə kəskin ağciyər xərçəngi olduğu barədə kütləvi mesaj göndərildi. Bu insanlar arasında həqiqətən də ağciyər xərçəngi testinin nəticələrini gözləyənlər var idi.
57 yaşlı Kris Rid bu yaxınlarda xəstəxanaya getmişdi və xərçəng şübhəsi ilə bağlı testdən keçmişdi. Tam nəticələri gözləyərkən səhvlə göndərilən mesaj kişiyə şok təsiri bağışladı.
Arvadı göz yaşlarına boğulan kişi xəstəxanaya zəng etmək istəsə də, xətlər uzun müddət dolduğu üçün maşınına minərək xəstəxanaya yollanıb.
Daha sornra xəstəxana səhv mesajı görən kimi düzəliş üçün yeni mesaj göndərdi. "Əvvəlki mesajımıza görə üzrxahlığımızı qəbul etməyinizi xahiş edirik. Sistemimizdə nəsə xəta baş verdi. Sizə ilk mesajımız belə olmalı idi: Hamınızın Milad bayramını və Yeni İlinizi təbrik edirik."












