“Titanik”in qəzaya uğradığı yerə turist səfəri zamanı yoxa çıxan sualtı qayığın axtarışları davam edir. Suyun altından səslərin gəldiyi açıqlanıb.
QHT.az xəbər verir ki, ABŞ Sahil Mühafizəsi Kanada ordusunun ekipajlarının 1912-ci ildə aysberqə çırpılaraq Atlantik okeanında batmış Titanik gəmisinə turistik ekspedisiya zamanı itən sualtı qayığı axtararkən suyun altından səslər eşitdiyini bildirib.
Kanada hərbi axtarış təyyarəsinin sualtı qayığa aid ola biləcəyini düşündükləri bəzi səsləri su altında təsbit etdiyi bildirilib. Səslərin sualtı qayığa aid olub-olmadığı hələ dəqiq olmasa da, sözügedən səslərin 30 dəqiqəlik fasilələrlə eşidildiyi və hələlik bölgədə aparılan axtarışlarda müsbət nəticə əldə olunmadığı bildirilib.
Digər tərəfdən ABŞ Sahil Mühafizəsi 5 nəfərin olduğu sualtı qayıqda 28 saat oksigenin qaldığı məlumatını paylaşıb.
Pərvanə Fərhadqızı












