Hemofiliya Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Ayaz Hüseynov Avropa Hemofiliya Konsorsiumunun liderlər Konfransında iştirak edib.
Bu barədə QHT.az-a açıqlamasında təşkilatın sədri bildirib ki, konfrans iyunun 15 -18 tarixlərində Brüssel şəhərində keçirilib: “40 ölkəndən iştirakçıların içində Azərbaycandan Konsorsiumun həqiqi təmsilçisi olan Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri idarə heyətinin üzvləri ilə iştirak ediblər. Konfransda hemofiliyanın hazırkı müasir müalicəsi, qanın nadir laxtalanma pozğunluqları, qadınlarda laxtalanma pozğunluğu, inhibitorlu pasiyentlərin müalicəsi və digər vacib mövzular ətrafında çıxışlar və müzakirələr olub”.
Bundan başqa Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov Avropa Hemofiliya Konsorsiumunun idarə heyətilə individual görüşü olub və görüş zamanı birgə əməkdaşıq və yaxın gələcəyə olan perspektivlər barədə bəhrəli müzakirələr aparılıb.
Pərvanə Fərhadqızı












