ABŞ Dövlət Departamenti ölkənin əsas ərzaq yardımı proqramlarından biri olan “Food for Peace” çərçivəsində qalan layihələrin bağlanması üçün 150 milyon dollara qədər vəsait xərcləyəcək. Bununla da Dövlət Departamentinin 65 ildir USAID-in tabeliyində fəaliyyət göstərən proqramda iştirakı başa çatacaq.
QHT.az xarici mediaya istinadən bildirir ki, Dövlət Departamenti ilə USAID arasında avqustun 11-də imzalanmış razılaşmaya əsasən, qurum “Food for Peace” üzrə yeni maliyyə öhdəlikləri götürməyəcək.
Təxminən 1,2 milyard dollar büdcəsi olan proqramın əsas hissəsi artıq ABŞ Kənd Təsərrüfatı Departamentinin (USDA) nəzarətindədir. 2025-ci ilin dekabrından etibarən yeni qrantların idarə olunması USDA-ya verilib. Dövlət Departamenti isə həmin tarixədək verilmiş qrantları, o cümlədən USAID-dəki dəyişikliklərdən sonra fəaliyyətini davam etdirən bir neçə ərzaq təhlükəsizliyi layihəsini saxlamışdı.
Yeni qərarla həmin son layihələrin də maliyyələşdirilməsi və bağlanması həyata keçiriləcək.












