WHO Foundation-ın əsas məqsədi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) üçün, o cümlədən özəl sektordan maliyyə vəsaiti toplamaq və təşkilatın fəaliyyətinə əlavə dəstək verməkdir.
QHT.az xarici mediaya istinadən bildirir ki, fondun maliyyələşməsi əsasən İsveçrənin Hans Wilsdorf Foundation fondundan asılı vəziyyətə düşüb. Bu fond məşhur Rolex saat brendinin sahibidir.
Məlumata görə, əsas donorun maliyyə dəstəyinin 2026-cı ildən sonra davam edib-etməyəcəyi bəlli deyil. Bu isə WHO Foundation-ın həm öz fəaliyyət xərclərini qarşılamaq, həm də ÜST üçün vəsait toplamaq imkanları ilə bağlı narahatlıq yaradır.
Fondun bir donordan yüksək asılılığı maliyyə dayanıqlılığı baxımından risk hesab olunur. Buna görə WHO Foundation üçün əsas məsələlərdən biri yeni donorlar cəlb etmək və maliyyə mənbələrini şaxələndirməkdir.












