“Ermənistanın 30 illik işğalından sonra azad olunmuş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı abadlıq-quruculuq işlərinə başlanılıb, indiyədək 2 beynəlxalq hava limanı açılıb, növbətisinin isə tikintisi davam etdirilir, işğaldan azad olunan torpaqlara 2020-22-ci illərdə dövlət büdcəsindən 4 milyard dollar pul xərclənib, bu il isə növbəti 1,7 milyardın xərclənəcəyi planlaşdırılıb. “Ağıllı şəhər”, “ağıllı kənd” kimi irimiqyaslı layihələr həyata keçirib və 30 ildən artıq məcburi köçkünlük yaşamış Azərbaycan vətəndaşları uzun illərdən sonra öz yurd-yuvalarına qayıdıb”.- bu sözləri Milli Məclisin sədr müavini, Azərbaycan Kikboksinq Fedrasiyasının prezidenti Adil Əliyev Misir Ərəb Respublikasının Senatının sədri Abdel Vahab Abdel Razeq ilə görüşü zamanı qeyd edib.
QHT.az vəbər verir ki, Senatın sədri Abdel Vahab Abdel Razeq Azərbaycanın uğurlarının və inkişafının qardaş Misir dövlətini sevindirdiyini, bundan sonra da ölkələrimiz arasındakı dostluq münasibətlərimiz daha da inkişaf edəcəyini, parlamentlərarası münasibətlər isə bu dostluğa töhfə verməyə davam edəcəyini qeyd etdi. İstər ikitərəfli, istərsə də çoxtərəfli münasibətlərin hər iki ölkənin maraqlarına uyğun olmasını bildirərək, Azərbaycanın uğurla Qoşulmama Hərəkatına rəhbərlik etməsini və bu dövrdə Hərəkatın fəaliyyətinə çoxsaylı töhfələr verdiyini bildirdi.
Məlumat üçün bildirək ki, Adil Əliyevin Misir Ərəb Respublikasına səfəri bu gün başa çatıb.
Pərvanə Fərhadqızı












