Amsterdam'da dünyanın ilk su altı velosiped parkı 7000 velosiped tutumu olan parkın tikintisi 4 il davam etmişdi. Sualtı velosiped parkına gələnlər ilk 24 saat pulsuz istifadə edə bilirlər, ikinci gündən etibarən parkın gündəlik ödənişi 1,35 avrodur.
QHT.az xəbər verir ki, divarlarında sənət əsərləri olan sualtı parkın üç çıxışı olduğu halda, metro və qatarların yerləşdiyi əraziyə suyun altından keçmək mümkündür.
7 min velosiped tutumlu sualtı parka əlavə olaraq, stansiyanın arxasında 4 min tutumlu ikinci parkinq sahəsi də var. 2030-cu illərdə 275.000-ə çatması gözlənilən sərnişinlərin velosiped parkı ehtiyaclarının qarşılanması hədəflənir.
Pərvanə Fərhadqızı












