Bəşər tarixinin ən təhlükəli dövrlərindən birinə sürüklənirik. Hökumətlərin geosiyasi gərginliyi artır, silahlanma yarışı sürətlənir və nəticədə aclıq, ekoloji problemlər çoxalır.
QHT.az xəbər verir ki, nüvə müharibəsi təhlükəsi artdıqca, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatı nüvə silahının ölçülərini ortaya qoydu. Hesabatda silahların 90 faizinin ABŞ və Rusiyaya aid olduğu qeyd edilərkən, Çinin nüvə gücünün artması diqqət çəkib.
Soyuq Müharibədən bəri nüvə müharibəsi təhlükəsinin zirvəsində olan dövlətlər nüvə enerjisini sürətləndirirlər. Hesabatda nüvə güclərinin, xüsusilə ABŞ və Rusiyanın istifadəyə hazır nüvə başlıqlarının sayını artırdığı ortaya çıxıb. Nüvə silahına malik 9 ölkə olan ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, Şimali Koreya və İsrailin 2022-ci ildə nüvə arsenallarını genişləndirdikləri və öz nüvə silahlarını davam etdirdikləri qeyd edilib.
2023-cü ilin yanvar ayı etibarilə dünyada 12 min 512 nüvə başlığının olduğu qeyd edilən hesabatda, bunlardan 9 min 576-nın potensial istifadəyə hazır vəziyyətdə saxlandığı, istifadəyə hazır nüvə başlıqlarının sayının artdığı ifadə edildi.
Hesabatda göstərilir ki, təxminən 3844 döyüş başlığı raket və təyyarələrdə yerləşdirilib ki, bunların demək olar hamısı ABŞ və Rusiyaya məxsus olmaqla 2000-i yüksək əməliyyat hazırlığında, yəni raketlərin quraşdırıldığı və ya bombardmançı təyyarələrin yerləşdiyi bazalarda saxlanılır.
Qeyd edək ki, ABŞ-da 5244, Rusiyada 5889, Böyük Britaniyada 225, Fransada 290 nüvə başlığı var. ABŞ və Rusiyanın dünyadakı nüvə silahlarının yüzdə 90-a sahib olduğuna diqqət çəkilib. Çinin nüvə arsenalında əhəmiyyətli artım görünür.
Pərvanə Fərhadqızı












