Yaponiyanın baş naziri Fumio Kişida Rusiya Federasiyasının “Kişima və Habomai adaları sakinlərinin birliyi” qeyri-hökumət təşkilatının (QHT) fəaliyyətini arzuolunmaz hesab etmək qərarını yenidən tənqid edib.
QHT.az Bizimyol.info -a istinadən xəbər verir ki, Yaponiya hökumətinin başçısı çərşənbə axşamı QHT-lərin rəhbərliyi ilə görüş keçirib.
"Kyodo" baş nazirə istinadən yaydığı məlumatda: “Bu, tamamilə birtərəfli və tamamilə yanlış qərardır", - deyə qeyd edib. Aprelin sonunda Yaponiya hökuməti “Kişima və Habomai adaları sakinlərinin ittifaqı”nın arzuolunmaz fəaliyyətinin tanınması ilə əlaqədar diplomatik kanallar vasitəsilə Rusiya nümayəndəliyinə artıq etiraz məktubu təqdim edib.
Aprelin 21-də Rusiya Baş Prokurorluğu Yaponiyanın “Kişima və Habomai adaları sakinlərinin ittifaqı” qeyri-hökumət təşkilatının Rusiya Federasiyasında fəaliyyətini arzuolunmaz elan edərək, onun “ərazi bütövlüyünü pozmağa yönəldiyini” qeyd edib. Bildirilir ki bu QHT-nin fəaliyyəti Rusiya Federasiyasının "konstitusiya quruluşunun əsaslarına və təhlükəsizliklə bağlı qanunlara ziddir". Departament onu da qeyd edib ki, təşkilatın məqsədi Rusiyadan ərazisinin bir hissəsini (Kunaşir, İturup adaları və Kiçik Kuril silsiləsi) ələ keçirməkdir.












