May ayında Kolumbiyada qəzaya uğrayan və 40 gün tək qalan uşaqlar təyyarədə olan un və meşədə tapılan meyvələri yeyərək sağ qalıblar.

QHT.az xəbər verir ki, Kolumbiya prezidenti Qustavo Petro həyat yoldaşı ilə birlikdə xəstəxanada olan uşaqları ziyarət edib.

Qeyd edək ki, mayın 1-də Kolumbiyada  cəngəllikdə təyyarə qəzası nəticəsində itkin düşən dörd uşaq iyunun 10-da sağ-salamat tapılıb.

 

 

Pərvanə Fərhadqız