Çin mülki xilasetmə qrupu Mavi Səma Xilasetmə Qrupu Malatyada axtarış-xilasetmə işlərini davam etdirir.

QHT.az xəbər verir ki, Komanda bir müddət əvvəl dağıntılar altından 83 yaşlı qadın da daxil olmaqla 3 nəfəri uğurla xilas edib. Xilas edilən qadının xəstəxanada olduğu, səhhətinin stabil olduğu bildirilib.