7 Mart 2023-cü il tarixində Azərbaycanda “Qadın Gündəliyi”- Milli Dialoq Platformasının ictimaiyyətə təqdim olunması ilə bağlı konfrans keçirilib.

QHT.az xəbər verir ki, konfransda çıxş edən Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin kütləvi informasiya vasitələri ilə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elşad Hacıyev birgə tədbirlər sayəsində cəmiyyəti narahat edən zorakılıq hadisələrinin qarşısının alınması istiqamətində çevik və operativ fəaliyyət həyata keçirildiyini bildirib.

O, maarifləndirmə tədbirlərinin regionlarda da gücləndirilməsinin vacibliyini vurğulayaraq, qeyd edib ki, qadın hüquqlarının qorunması bütün cəmiyyətin işidir. Qadın məsələləri milli yox, bəşəri məsələdir və bütün dünya ölkələri üçün aktualdır.