Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi ölkədə sanitar-epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar rusiyalı turistlərə Ekvatorial Qvineyaya səyahətdən çəkinməyi tövsiyə edib.

QHT.az xəbər verir ki, bu barədə idarənin saytında yerləşdirilən məlumatda deyilir.

“Rusiya Federasiyasının Ekvatorial Qvineya Respublikasındakı səfirliyindən alınan məlumata görə, İqtisadi İnkişaf Nazirliyi sanitar-epidemioloji vəziyyətlə əlaqədar normallaşana qədər bu bölgəyə səfərlərdən çəkinməyi tövsiyə edir”, - nazirliyin məlumatında deyilir.

Daha əvvəl Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi məlumat vermişdi ki, Türkiyənin cənub və mərkəzi hissələrində seysmik aktivliyin artması ilə əlaqədar Rusiya vətəndaşlarına Türkiyənin Qəhrəmanmaraş, Malatya, Diyarbəkir və Qaziantep əyalətlərinə səyahətdən çəkinmək tövsiyə olunub.

Nazirlikdən verilən məlumata görə, Türkiyəyə paket turla gedən turistlər lazım gəldikdə təcili yardım üçün Turistlərə Yardım Dərnəyinin qaynar xəttinə müraciət edə bilərlər: +7 (499) 678-12-03.