“Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək”İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məcburi köçkün qadın icmalarında gender bərabərliyinin təmin olunması” adlı layihənin icrasına başlamışdır.
06.03.2023-cü il tarixində saat10.00-da Ağdam rayonu Baharlı-1 qəsəbəsində məktəbdə “Məcburi köçkün qadın icmalarında gender bərabərliyinin təmin olunması”adlı layihə çərçivəsində “Gender bərabərliyi və qadın hüquqları” mövzusunda dəyirmi masa keçirildi.Tədbiri giriş sözü ilə layihə rəhbəri Ətrabə Məmmədova açdı. O layihə və donor təşkilat haqda məlumat verdi. Bildirdi ki,” Layihənin əsas məqsədi Ağdam, Ağcabədi və Bərdə rayonlarında fəaliyyət göstərən məcburi köçkün qadın icmalarının fəallarının gender hüquqları sahəsində biliklərinin inkişaf etdirməklə onların icma idarəçiliyində iştirakçılığının artırılmasına və bununla da həmin qrupdan olan şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılmasına nail olmaqdır”.
Ekspert T.Dadaşov və psixoloq A.İmanova mövzu ətrafında geniş məlumat verdilər.Bildirdilər ki, “Qadın və qızlar planetin əhalisinin yarısını təşkil etdiyi üçün onun potensialının da yarısını təşkil edir. Lakin sosial inkişafda durğunluq yaradan gender bərabərsizliyi hələ də mövcuddur. Hansı ölkədə yaşamağınızdan asılı olmayaraq gender bərabərliyi insanların əsas hüququdur. Gender bərabərliyinə dəstək sağlam cəmiyyətin bütün aspektlərində yoxsulluğu aradan qaldırmaqdan başlayaraq qız və oğlanların sağlamlığını, təhsilini, mühafizəsini və rifahını yüksəltməkdə aparıcı rol oynayır..”.
Sonra müzakirələr oldu. Suallar cavablandırıldı.
İştirakçılar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək”İctimai Birliyinə təşəkkür etdilər.
Qeyd: Layihə 3 ay müddətində (01.02.2023 cü il tarixdən 01.05.2023-cü il tarixə kimi) Ağdam, Ağcabədi və Bərdə rayonlarında həyata keçiriləcək.












