“Nizami ordu, mərd və qorxmaz oğullarımız olmasa, Vətəni nə qorumaq, nə də yaşatmaq olar. Güclü ordumuz olmasa, müstəqilliklə, azadlıqla bağlı xalqımızın bütün arzuları puça çıxar. Sevindirici hal olaraq 12 aprel 2021 ci il tarixində Bakının Xətai rayonu ərazisində Hərbi Qənimətlər Parkı açıldı. Çox ölkələrdə belə parklar kiçik müzey şəkilində fəaliyyət göstərir. Hərbi Qənimətlər parkı vətənsevər, torpaq sevər, mərdlik, şəhidlərimizin ruhuna əbədi ehtiram parkıdır. Dövlətimizə, müzəffər Silahlı Qüvvələrimizə, Ali Baş Komandanımıza minnətdarıq”. – bu sözləri Gənc Vətənpərvərlər İctimai Birliyin sədri Müqamət Əliyev QHT.az-a açıqlamasında bildirib.
İctimai xadim həmçinin qeyd edib ki, əldə olunan uğurların, qazanılan zəfərlərin arxasında xalq-ordu birliyi dayanır: “Beynəlxalq əməkdaşlıq qarşılıqlı maraqlar əsasında qurulmalıdır. Regionun inkişafı strateji prioritetdir. Əməkdaşlıq körpülərinin yaradılması üçün konstruktiv mövqe sərgilənməlidir. Azərbaycan burada yaşayan bütün xalqların doğma Vətənidir və İkinci Qarabağ müharibəsi bunu bir daha sübut etdi. Deməli, nə bu gün, nə də gələcəkdə heç bir düşmən əli bu torpaqlara uzana bilməz”.
Pərvanə Fərhadqızı












