Yunanıstan bu gün iki aydan az müddətdə ikinci dəfə seçkiyə gedib. İqtisadi artım və təhlükəsizliyə yönəlmiş kampaniyadan sonra baş nazir Kiryakos Mitsotakisin böyük səs çoxluğu ilə qalib gələcəyi gözlənilir.
QHT.az xəbər verir ki, Yunanıstanda birincidən 35 gün sonra keçirilən ikinci ümumi seçki üçün sandıq başına gedən sağçı Baş nazir Kiryakos Mitsotakis ikinci müddətə xidmət etmək və sabit hökuməti idarə etmək üçün seçicilərdən mütləq parlament çoxluğunu tələb etdi.
Koronavirus pandemiyasından sonra Yunanıstanı 2 il dalbadal iqtisadi inkişafa aparan 55 yaşlı Harvard məzunu cəmi bir ay əvvəl keçirilən seçkidə böyük qələbə qazanmışdı.
Pərvanə Fərhadqızı












