Hüquq və İnsan Haqları İnstitutunun rəsmi saytında onlayn kurs istifadəyə verilib.
QHT.az xəbər verir ki, “İnsan hüquqlarına giriş” mövzusunda onlayn kursun yaradılmasında Australian Human Rights Commission modelindən istifadə edilmişdir. Bu qısa- 45 dəqiqəlik davam edən kurs insan hüquqları ilə bağlı əsas anlayışların verilməsi məqsədilə nəzərdə tutulub. Kurs istənilən şəxs üçün açıqdır. Yaş məhdudiyyəti yoxdur və hər hansı təhsil tələb edilmir. Nəticələr heç kimlə paylaşılmır. Bu test yalnız özünüzü yoxlamaq üçündür. Özünüz haqqında məlumatları anketdə doldurub, ümumilikdə 12 suala cavab verməlisiniz. Hər suala "doğru" və ya "yanlış", sonra isə "göndər" düyməsini basaraq cavab verilir. Maraqlanmaq istəyənlər aşağıdakı linkə keçid edə bilərlər.
Qeyd edək ki, Hal-hazırda Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxs kimi Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin tabeliyində fəaliyyət göstərir.
Pərvanə Fərhadqızı












