“Bir çox xarici dövlətlərdə zorakı insanlar xüsusi reyestrdə qeydiyyatda olurlar. Onlar yaşadığı ərazidə zorakı insan kimi qeydiyyata düşməlidirlər. Həttda başqa şəhərə köçdükdə belə həmin ərazidə mütləq qeydiyyata düşməlidirlər ki, polis nəzarətində olsunlar”. – bu sözləri  "Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” Ictimai Birliyinin sədri Zenfira Mustafayeva QHT.az-a açıqlamasında bildirib.

O, hesab edir ki, belə reyestrin bizim ölkədə də tətbiqinə ehtiyac var: ”Zorakı insanlar məlum olarsa, onlar ilə profilaktiki iş də aparmaq mümkün olar”.

 

Pərvanə Fərhadqızı