Hüquqşünas Əlisahib Hüseynov “Azərbaycan Həmrəylik Komitəsi” İB-nin sədri seçilib.

Birinci Qarabağ müharibəsinin iştirakçısı olan sədr QHT.az-a açıqlamasında bildirib ki, bu İctimai Birliyin beş əsas məqsədi var: “Ölkə daxilində milli birliyin və həmrəyliyin qorunmasına töhfə vermək, Azərbaycandan kənarda yaşayan soydaşlarla əlaqələri və həmrəyliyi genişləndirmək, Türk dünyası ilə ictimai, mədəni əlaqələri daha da sıxlaşdırmaq, dünyada sülh və həmrəylik təşəbbüsləri ilə çıxış etmək, qlobal həmrəylik çağırışlarına qoşulmaq, Azərbaycanın beynəlxalq təhlükəsizlik, dialoq və həmrəylik səylərini dəstəkləməkdir”.

Məlumat üçün bildirək ki, siyasətçi 1991-ci ilin may ayından Xanlıq könüllü özünümüdafiə dəstəsinin taqım komandirinin müavini, 1992-1998-ci illərdə digər hərbi hissələrdə taqım komandirinin müavini, müxtəlif qərargahlar komandirinin müavini olub. 2010-cu ildə Hüseynov “Az i Ya film” MMC-ni yaradıb. O, Gürcüstan-Azərbaycan Universitetinin həmtəsisçilərindən biri olub.

 

Pərvanə Fərhadqızı